Almaniyalı turist Tailandın Pattaye kurort şəhərində doqquzuncu mərtəbədən yıxılsa da sağ qalıb.
Teleqraf.com RİA Novosti-yə istinadən xəbər verir ki, 53 yaşlı kişi yaşadığı otelin damından yıxılıb. Hadisə nəticəsində almaniyalı turist qolunu sındırıb və bir neçə digər ciddi olmayan xəsarət alıb. Fevralın 12-dən oteldə yaşayan turist hər gün xeyli miqdarda spirtli içki qəbul edirmiş.
Polis hadisənin səbəblərini araşdırır.