22 Fevral 2017 13:30
484
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Təəssüf ki, işçi qrupun hələ ki ilkin hesablamalarına görə, Azərbaycan işğaldan 810 milyard dollar maddi zərər çəkib”.


APA-nın məlumatına görə, bu sözləri “Azərbaycan ərazilərinə silahlı erməni təcavüzü: itki və tələfatlar” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışında Milli Məclisin üzvü, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov deyib.


F.Heydərov bildirib ki, bu, insan əli ilə yaradılan mülklərin dağıdılması nəticəsində dəyən zərərdir: “Bununla yanaşı, Azərbaycan xalqına çox böyük mənəvi zərər dəyib. Lakin ulu öndər Heydər Əliyev ölkəyə başçılıq etdikdən sonra münaqişəni sülh yolu ilə həll etmək niyyətində olduğunu göstərib. Heydər Əliyevin bu siyasəti hörmətli prezidentimiz İlham Əliyev tərəfindən bu gün davam etdirilir. Münhen toplantısında dünya liderlərinin prezidentimizə müraciət etməsi, fikirlərini öyrənməsi onu sübut etdi ki, biz sülh və əmin-amanlıq yolundayıq. Bütün bu maddi-mənəvi zərərlərin qarşısında biz sülh yolunu tutmuşuq. İstəyirik ki, danışıqlar yolu ilə Dağlıq Qarabağ və ətraf 7 rayon Azərbaycana qaytarılsın. Cocuq Mərcanlının bərpa olunması barədə prezidentin sərəncamı göstərir ki, biz ərazilərimizi bərpa edəcəyik və insanlarımız ora qaytarılacaqlar. Eyni zamanda, Azərbaycan o torpaqlarda yaşayan bütün millətlərin, o cümlədən erməni xalqının təhlükəsizliyini təmin etməyə hazırdır. Bizim prezidentin tutduğu yol budur”.

F.Heydərov qeyd edib ki, dünyada indi ağır proseslər gedir: “Hər tərəfdə iqtisadi çətinliklər və müharibələrlə müşayiət olunan proseslər gedir. Bu gün bəşəriyyət düşünməlidir ki, hər zaman böyük qırğınlara erməni faktoru səbəb olub. Bu faktorun qarşısı alınmalıdır. Onlar yenə müharibə əhval-ruhiyyəsi yaratmaq fikrindədir. Beynəlxalq aləm səylərini birləşdirib, təcavüzkarlara qarşı öz sözünü deməlidir”.


Qeyd edək ki, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə işçi qrupunun hesablamasına əsasən işğal nəticəsində Azərbaycana 810,15 milyard dollar zərər dəyib.


Müəllif:

Oxşar xəbərlər