Yunanıstanın paytaxtı Afinada təxminən 10 min nümayişçi hökumətin iqtisadi siyasətinə və "kəmər sıxma" tədbirlərinə etiraz olaraq aksiya keçirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, fəhlə, kiçik sahibkar və tələbələrdən ibarət qrup parlamentin yerləşdiyi Sintagma meydanına toplaşıblar.
Nümayişçilər "Qorxu yox, boyun əymək yox" şüarını səsləndiriblər. Təxminən iki saat davam edən etiraz aksiyası ilə bağlı təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, üçüncü "xilasetmə paketi" çərçivəsindəki islahatlar prosesi tərəflərin razılığa gəlməməsi səbəbindən bitmək bilmir. Beynəlxalq kreditorlar "xilasetmə paketi" qarşılığında təqaüdlərdəki kəsintiləri, vergi artımlarını və sərt maliyyə hədəflərini ehtiva edən islahatların keçirilməsini tələb edirlər.
Samir