22 Fevral 2017 19:17
636
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə AKP-nin 25 fevralda keçirəcəyi ilk refendum mitinqinə hazırlıqla bağlı Baş nazir Binali Yıldırımın sədrliyi ilə 5 saata yaxın iclas keçirilib.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, şənbə günü keçirilməsi nəzərdə tutulan aksiyaya hakim partiyadan istefa verən və xaric edilənlərdən başqa əksər sabiqlər dəvətlidir.

Bununla belə, mitinqdə Türkiyənin 11-ci prezidenti Abdulla Gülün və sabiq Baş nazir Əhməd Davudoğlunun qatılmayacağı dəqiqləşib. Onların xaricdə olduğu bildirilir. Baş nazirin keçmiş müavini Bülənd Arınc isə mitinqdə olacaq.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın də aksiyaya qatılacağı gözlənilir.

MAHİR


Müəllif: