Ermənistan Müdafiə Nazirliyinin binasına hücum edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, A.Yepremyan soyadlı Ermənistan vətəndaşı yerli vaxtla 00:20-də şəxsi avtomobili ilə nazirlik kompleksinin qapısını sındırıb və içəri daxil olub.
Hadisə zamanı Yemremyan sərxoş olub. Binanın mühafizəçiləri avtomobilə 8 dəfə atəş açıblar. Hadisə zamanı həmin şəxs xəsarət almayıb.
Faktla bağlı araşdırmalara başlanıb.
Samir