Suriyada Fərat Qalxanı Hərəkatı ilə İŞİD-dən azad edilən Əl-Bab bölgəsində terror aktı törədilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bölgənin Souisan kəndində bomba yüklü avtomobil partladılıb.
Hadisə zamanı çoxu hərbçi olmaqla 45 nəfər həlak olub, 100-dən çox insan isə xəsarət alıb. Hücumun İŞİD terrorçuları tərəfindən törədildiyi məlum deyil.
Samir