Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası referendum təbliğatına start verib.
Teleqraf.com xəbər verir ki, hakim partiya referendum kampaniyasına baş nazir Binali Yıldırımın Ankaradakı Arena Spor Mərkəzində başlayıb. Tədbirdə 40 mindən çox partiya üzvü və tərəfdarı iştirak edib. Baş nazir bəyan edib ki, 50 gün davam edəcək referendum kampaniyasında onlar Türkiyədə bütün evlərin qapısını döyərək mövqelərini bildirəcək və səs istəyəcəklər.
Türkiyədə referendum dəyişikliyinə dair səsvermə 16 apreldə keçiriləcək.
Cavad