26 Fevral 2017 10:27
443
12 Punto 14 Punto 16 Punto 18 Punto

Litva ABŞ hərbçilərinin ölkə ərazisində daimi qalmasını dəstəkləyir. APA-nın “Delfi”yə istinadən verdiyi xəbərə görə, bunu Litva XİN rəhbəri Linas Linkyaviçus deyib.


“Hərbi kontingentimizin çox məhdud olduğundan ABŞ qoşunlarının ölkədə daimi qalmasını dəstəkləyirik”, - deyə Linkyaviçus bildirib.

Linkyaviçus amerikalılara havadan müdafiə məsələsinin də çox vacib bənd olduğunu bildirib: “Litvanın, demək olar ki, havadan müdafiə sistemi yoxdur”.

Bununla belə, Litva konstitusiyası ölkə ərazisində başqa ölkələrin hərbi bazaların olmasını qadağa edir.


Müəllif: