26 Fevral 2017 10:14
446
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Tszyansi əyalətindəki oteldə10 nəfərin ölümünə səbəb olan yanğınla əlaqədar 24 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, yanğın şənbə günü Nançan şəhərindəki oteldə baş verib. Təmir işləri zamanı otelin ikinci mərtəbəsində yanğın başlayıb. Nəticədə 10 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

"İlkin ehtimala görə, yanğının səbəbi qaynaq işləri zamanı texniki təhlükəsizlik işlərinə əməl edilməməsidir", - Çin Xəbər Xidmətinin Nançan merinin müavini Yan Venbinə istinadən verdiyi xəbərdə deyilir.

Nihad


Müəllif: