ABŞ hərbi kəşfiyyatının istefada olan zabiti Filip Bilden ABŞ Hərbi Hava Qüvvələrinin naziri postundan imtina edib.
Teleqraf.com "Associated press" agentliyinə istinadən xəbər verir ki, bununla bağlı ABŞ müdafiə naziri Ceyms Mettis məlumat verib.
O, imtinaya şəxsi məsələlərin səbəb olduğunu bildirib və əlavə edib ki, HHQ naziri postuna yeni namizədin adı yaxın vaxtlarda açıqlanacaq.
Qeyd edək ki, Bildenin bu posta namizədliyini ABŞ prezidenti Donald Tramp irəli sürmüşdü.
Samir