Şotlandiyada müstəqillik haqqında ikinci referendumun keçirilməsi mümkünsüzdür.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Böyük Britaniyanın baş naziri Tereza Mey söyləyib.
O, yeni referendumun keçirilməsi haqqında danışıqların cəmiyyətdə qeyri-müəyyənlik yaratdığını bildirib:
“Britaniyanın tərkibində qalmaq haqqında qərarı Şotlandiya xalqı 2014-cü ildə verib. Bu gün şotland xalqı referendum istəmir”.
Qeyd edək ki, Şotlandiya Britaniyadan ayrılmaq haqqında referendumu 2014-cü ildə keçirilib. O referendumda üstünlüyü Britaniya tərəfdarları qazanıblar.