28 Fevral 2017 09:25
517
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.

Teleqraf.com "RİA Novosti" agentliyinə istinadən xəbər verir ki, hadisə zamanı təyyarə yaşayış evlərinin üzərinə düşüb.

Qəza nəticəsində 1 nəfər həlak olub, 5 nəfər yaralanıb. Məlumatlara görə, qəza “Cessna 310” təyyarəsinin havaya qalxmasından bir neçə dəqiqə sonra baş verib.

Hadisənin təfərrüatları məlum deyil.

Samir


Müəllif: