Türkiyənin Berlindəki səfiri Əli Kamal Aydın Almaniya Xarici İşlər Nazirliyinə çağırılıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirin nazirliyinə çağırılmasına səbəb Almaniyanın "Die Welt" qəzetinin Türkiyə üzrə müxbiri Deniz Yücelin Ankarada saxlanılması olub.
Almaniya XİN rəhbəri Siqmar Qabriyel türkiyəli səfirə Deniz Yücelin həbsinin qəbul edilməz olduğunu bildirib və məsələ ilə bağlı Əli Kamal Aydından lazımi məlumatlar alıb.
Samir