Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İslamabadda keçirilən İslam Əməkdaşlıq Təşkilatının 13-cü Sammitində çıxış edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Ərdoğan çıxışı zamanı Ermənistanın işğalçılıq siyasətindən danışıb:
"Hər nə qədər bu toplantıda iqtisadi əməkdaşlıq müzakirə olunsa da, əsas niyyətimiz siyasətdir. Addım atdığımızda siyasəti kənara qoymağımız mümkün deyil. Bir çox ölkələrimizin problemləri var. Əfqanıstanın, Azərbaycanın problemləri var. Dağlıq Qarabağ problemi var. 20 ildən çoxdur ki, davam edən görüşlər nəticəsizdir. ATƏT-in Minsk qrupu bu münaqişənin həlli üçün heç bir iş görə bilməyib. İƏT olaraq lazımi addımlar atmalıyıq. Ermənistanın işğalçılıq siyasətini bütün toplantılarda müzakirə etməliyik".
Samir