1 Mart 2017 21:13
555
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanla Avropa İttifaqı arasında vizasız gediş-gəlişə dair yekun imzalar atılıb.

Bu barədə “Azadlıq” radiosunun Brüssel müxbiri Rikard Yozvyak öz “Twitter” səhifəsində yazıb. “Viza liberallaşması barədə saziş imzalandı. Gürcüstanı təbrik edirəm”, - deyə o, qeyd edib.

Saziş martın 8-də və ya 9-da Avropa İttifaqının rəsmi jurnalında dərc olunaraq qüvvəyə minəcək. Bu tarixdən 20 gün sonra vizasız rejim tətbiq olunmağa başlayacaq. Bu isə martın 28-i tarixinə təsadüf edir.

Qeyd edək ki, vizasız rejim Şengen zonasını əhatə edir.
/APA/


Müəllif:

Oxşar xəbərlər