2 Mart 2017 11:45
462
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə sülh danışıqlarının 3-cü turu martın 14-də keçiriləcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, bu görüşlər Türkiyə, Rusiya və İranın vasitəçiliyi ilə baş tutur. Fevralda keçirilən sonuncu görüşdə tərəflər Suriyada әldә olunan atəşkəs rejiminə əməl olunmasına nəzarət edilməsi üçün mexanizmin yaradılması məsələsində razılığa gəliblər.

Samir


Müəllif:

Oxşar xəbərlər