İrəvanın mərkəzində intihara cəhd olub.
Teleqraf.com xəbər verir ki, 57 yaşlı naməlum kişi qaldırıcı krana çıxıb ətrafdakı insanları intihar edəcəyi ilə hədələyib. O, borcunu ödəmək üçün bankdan kredit götürnək istədiyini, ancaq buna nail olmadığını bildirib. Bu səbəbdən bankdan ona kredit verməsini tələb edib. Hadisə yerinə psixoloqlar gəlib, onlar sözügedən şəxsi intihardan çəkindirmək üçün söhbətə başlayıblar.
57 yaşlı kişi hələlik krandan aşağı enməyib.
Kəmalə