3 Mart 2017 21:42
486
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə XİN rəbəri Mövlut Çavuşoğlu ilə almaniyalı həmkarı Ziqmar Qabriel arasında telefon danışığı olub.

Teleqraf.com-un məlumatına görə, telefon danışığı alman tərəfinin təşəbbüsü ilə keçirilib. Çavuşoğlu və Qabriel Almaniyada martın 8-də görüşmək barədə razılığa gəliblər.

Telelfon danışığında ikitərəfli münasibətlərin inkişafı müzakirə edilib. M.Çavuşoğlu Almaniya ilə Türkiyə arasında yaşanan diplomatik problemdən narahatlığını səsləndirib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyənin ədliyyə naziri Bəkir Bozdağın iştirakı ilə Almaniyada keçiriləcək tədbirə alman tərəfi icazə verməmişdi. Bu isə iki ölkə arasında diplomatik gərginliyə səbəb olmuşdu. Almaniyanın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırılmışdı. Eləcə də Türkiyənin bir neçə naziri Almaniyaya planlaşdırılan səfərlərindən imtina etmişdilər.


Müəllif:

Oxşar xəbərlər