3 Mart 2017 22:56
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illər İranla Rusiyanın hərbi zəmində əməkdaşlığı xeyli genişlənib”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri İran parlamentinin milli təhlükəsizlik komissiyasının üzvü Heşmətullah Fəlahətpişə deyib.

O bildirib ki, İran bu ölkədən hərbi texnika və avadanlıq idxalı sahəsində böyük addımlar atıb: “Məndə olan məlumatlara görə, Rusiyanın “Su-30 SM” tipli qırıcı təyyarələrinin alınması ilə bağlı Moskva ilə aparılan danışıqlar başa çatıb və biz yaxın günlərdə həmin qırıcılardan bir neçəsinin ölkəyə təhvil verilməsinin şahidi olacağıq.

İndiki dövrdə ölkəmizə qarşı olan müxtəlif təhdidləri nəzərə alaraq, bizim ən inkişaf etmiş müdafiə təchizatına yiyələnməyimiz mühüm və zəruri məsələlərdən biridir. Elə buna görə də hesab edirəm ki, bu qırıcıların ölkəyə gətirilməsi müdafiə sənayemizin inkişafına və onun gücləndirilməsinə böyük yardım edəcək”.

Samir


Müəllif:

Oxşar xəbərlər