4 Mart 2017 09:40
474
12 Punto 14 Punto 16 Punto 18 Punto

"ABŞ Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında köməyini davam etdirəcək".

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Reks Tillerson Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla telefon danışığı zamanı deyib.

Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Telefon danışığı zamanı tərəflər münaqişənin sülh yolu ilə həlli üçün atılan addımlar ətrafında fikir mübadiləsi aparıblar.

Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ABŞ dövlət katibi Reks Tillersonla telefon danışığı aparıb.

Samir


Müəllif:

Oxşar xəbərlər