4 Mart 2017 11:03
607
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Düşmən növbəti prezident seçkilərində çaxnaşma yaratmaq niyyətindədir və namizədlər bunu nəzərə alaraq öz seçki təbliğatlarında islam və inqilab dəyərlərinə qarşı çıxmamalı, ona riayət etməli, düşmənin əlinə bəhanə verməməlidir”.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri iranlı axund Əhməd Xatəmi deyib.

Onun sözlərinə görə, əgər bəzi namizədlər milli azlıqları dəstəkləsələr, onların qazanacağı səsin heç bir dəyəri olmayacaq: “Düşmənlərimiz uzun müddətdir ki İranofobiyadan dəm vurur. Son vaxtlar isə Amerikada yeni prezident təyin ediləndən sonra, onlar bir ölkədən digər ölkəyə səfər edərək, İrana qarşı təbliğat aparırlar. Səudiyyə Ərəbistanının cəllad kralı Malayziyaya səfər edərək, bu ölkədə İrana qarşı bəyanatlar səsləndirib.

Biz öz qonşularımıza tutub deyirik: İran sizin güclü qardaşınızdır. Yaxşısı budur ki, bu qardaşın qədrini biləsiniz. Siz Səddam Hüseynin aqibətindən ibrət dərsi almalısınız. Çünki düşmən sizdən Səddam Hüseyn kimi istifadə etməyə çalışacaq və hədəfinə çatandan sonra sizi də ovcunda əzib qırağa atacaq. Lakin əgər siz yaxşı qonşular olsanız, güclü İran sizin sabitliyinizin və təhlükəsizliyinizin qorunub saxlanılması uğrunda hərəkət edəcək.

Amerikalılar və qərblilər sizin ölkələrinizi parçalamaq niyyətindədir. Onlar dəfələrlə bildiriblər ki, İraq parçalanmalıdır. Əgər onlar güc tapsalar, sabah da qəti şəkildə sizin sorağınıza gəlib ölkələrinizi parçalamağa cəhd göstərəcəklər. Bilin ki, əgər İranın gücü və qüdrəti olmasaydı, region ölkələrinin bəziləri çoxdan parçalanmışdı”.

Samir


Müəllif:

Oxşar xəbərlər