Hollivud aktyoru və Kaliforniyanın keçmiş qubernatoru Arnold Şvarsneger “The Celebrity Apprentice” verilişinin aparıcısı olmaqdan imtina edib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, verilişi əvvəllər ABŞ prezidenti Donald Tramp aparıb.
Trampdan sonra verilişin reytinqi kəskin sürətdə aşağı düşüb, sponsorlar da proqramı maliyyələşdirməkdən imtina ediblər. Fürsətdən istifadə edən Tramp Şvarsnegerin qubernatorluğunu və aparıcılığını tənqid edib. Şvarsneger də öz növbəsində Trampa “Gəl yerlərimizi dəyişək” deyib: “Tamaşaçıların yarısı biləndə ki, hələ də Tramp verilişin prodüseridir və bundan pul qazanır, daha verilişə baxmaq və onu dəstəkləmək istəmədilər”.
Pərvin