Martın 4-də Moskvanın mərkəzindən 8 min kilometrlik super marafon başlayıb. Bu məsafəni Aleksandr Kaper qət edəcək.
Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, Aleksandr Kaper Moskvadan Pekinədək olan 8 min kilometrlik məsafəni 200 günə başa vurmaq niyyətindədir.
Aleksandrın ailə üzvləri ona bu işdə dəstək olacaq. Mariya Kaper həyat yoldaşında Rusiyanı yaxından görmək və başqalarına göstərmək arzusunun üç il bundan əvvəl məzuniyyətdə olduğu vaxt yarandığını deyib.