İraq ordusu ölkənin ikinci böyük şəhəri olan Mosulun qərbini İŞİD terrorçularından azad etmək üçün əməliyyatları davam etdirir.
“Al Mayadeen” telekanalı xəbər verir ki, bu gün hökumət qüvvələri geniş miqyaslı hücum həyata keçirib.
Ordu komandanlığı Mosulun qərbinin 80 faizinin artıq İŞİD terrorçularından təmizləndiyini açıqlayıb.
/APA/