6 Mart 2017 09:04
726
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır".

Teleqraf.com "News.am"a istinadən xəbər verir ki, verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

O, bildirib ki, ölkənin xarici borcları durmadan artır və bu, Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. "Bu templərlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq", - Baqratyan deyib.

Keçmiş baş nazir qeyd edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Baqratyanın sözlərinə görə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir.


Müəllif:

Oxşar xəbərlər