6 Mart 2017 09:40
619
12 Punto 14 Punto 16 Punto 18 Punto

Federal Təhqiqatlar Bürosu ABŞ prezidenti Donald Trampın sabiq prezident Barak Obamanın onun telefonunu dinləməsinə dair iddialarına cavab verib.

Teleqraf.com "The New York Times" qəzetinə istinadən xəbər verir ki, FTB-nin direktoru Ceyms Komu Trampın bu iddialarını rədd edib.

Komu Ədliyyə Nazirliyindən də bu iddiaların rədd edilməsini xahiş edib. Onun sözlərinə görə, Trampın bu ittihamları əsassız və yalandır.

Xatırladaq ki, Tramp Obamanın sekçiqabağı kampaniyalar zamanı onun telefon danışıqlarını dinlədiyini iddia edib.

Samir


Müəllif:

Oxşar xəbərlər