6 Mart 2017 11:20
1 798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən ilin dekabrında Ankarada öldürülən Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə bağlı yeni məlumatlar açıqlanıb.

Teleqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, səfiri qətlə yetirən keçmiş polis əməkdaşı Mövlud Mərt Altıntaşın Rusiya vətəndaşı Yekaterina B. ilə əlaqələri aşkar edilib.

Məlumatlara görə, 33 yaşlı qadın Türkiyənin bir çox otellərində fahişəliklə məşğul olub və qətldən bir müddət öncə bu ölkədən qovulub.

Daha sonra Yekaterina Altıntaşla telefon əlaqəsi saxlayıb. Ehtimallara görə, qadın Altıntaşa rus səfirinin öldürülməsini sifarişini verib. Yekaterina telefon danışığını etiraf edib. Polis bölməsində saxlanılan qadının ifadəsinin tam mətni açıqlanmır.

Samir


Müəllif:

Oxşar xəbərlər