6 Mart 2017 12:41
598
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniya, Hollandiya və Avstriyada mitinq keçirməyi qərarlaşdıran türkiyəli nazirlərə icazə verilməməsi üçün başlanan böhran Danimarkaya da sıçrayıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, danimarkalı diplomatlar ölkə rəhbərliyinə müraciət edib. Onlar türkiyəli nazirlərin Danimarkaya girişinin qadağan edilməsi tələbini irəli sürüblər:

"Türk siyasətçilərin Avropanın şəhərlərini Türkiyənin siyasi müzakirələrinin döyüş meydanına çevirməsi böyük problemdir. Danimarka bir çox ölkələrin seçki kampaniyasına səhnə ola bilməz".

Türkiyə əsilli, Sosial Demorkatlar partiyasının deputatı Lars Aslam Rasmussen bu tələbə dəstək verib: "Türk siyasətçilərin Danimarkaya siyasi propaqanda üçün gəlməsi qadağan edilməlidir. Türkiyədə demokratiya yoxdur. Türkiyədə müxalifət liderlərini həbs edən şəxslərin Danimarkaya gəlməsi doğru deyil".

Qeyd edək ki, Bəkir Bozdağ və iqtisadiyyat naziri Nihat Zeybekci Almaniyanın Qeqqenay şəhərinin bələdiyyə binasında bu bölgədə yaşayan türklərlə görüşməli və onları referendumla bağlı məlumatlandırmalı imiş. Almaniya hökuməti nazirlərin çıxışını əngəlləyib.

Samir


Müəllif:

Oxşar xəbərlər