Rusiya Silahlı Qüvvələrinin Baş qərargahının generalı Pyotr Milyuxin Suriyada yaralanıb.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "Kommersant" qəzeti məlumat yayıb.
Bildirilib ki, hadisə fevralın 16-da Hums yaxınlığında baş verib: "Milyuxin 5 rusiyalı həbrçi ilə Tuyas aeroportundan Hums istiqamətinə gedirmiş. Ona bölgədəki vəziyyəti dəyərləndirmək, Suriya ordusunu növbəti döyüşlərə hazırlamaq, toqquşmalarda iştirak etmək və bununla bağlı Rusiya Silahlı Qüvvələri Baş qərargahını məlumatlandırmaq tapşırılıb. Tiyas aeroportundan 4 kilometr aralıda generalın olduğu avtomobil atəşə tutulub. 4 rusiyalı hərbçi həlak olub, Milyuxin isə ciddi xəsaərt alıb. Onun 2 ayağı amputasiya edilib və general görmə qabiliyyətini itirib. Həkimlərin bir həftə davam edən cəhdləri nəticəsində general sağ qalıb".
Rusiya Müdafiə Nazirliyi faktı nə təkzib, nə də təsdiq edib.
Samir