Türkiyənin İzmir şəhərində Mustafa Kamal Atatürkün paltarlarının nümayiş olunacağı sərgi açılacaq.
Anadolu agentliyinin məlumatına görə, Atatürk Geyimləri və Mədəniyyət Araşdırma Mərkəzinin təşəbbüsü ilə reallaşacaq sərgi xeyriyyə məqsədilə təşkil olunacaq. Sərgidən əldə ediləcək vəsait Türkiyədə 15 İyul dövlət çevrilişinə cəhd zamanı şəhid və əlil olmuş şəxslərin ailələrinə təqdim olunacaq.
İzmirdə yaşayan həmyerlilərimizin də qatılacağı sərgidə Mustafa Kamal Atatürkün 249 adda geyim əşyası təqdim ediləcək.