İranın Şərqi Azərbaycan vilayətində modellik fəaliyyəti ilə məşğul olmaqda günahlandırılan 16 nəfər həbs olunub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Şərqi Azərbaycanın polis rəisi polkovnik Möhsün Mahmudi məlumat verib:
“Şərqi Azərbaycan vilayəti internetdə qanun pozuntularına görə ölkə üzrə ilk 5 vilayətdən biridir. Bu sahədə qanun pozuntularının sayı ötən illə müqayisədə 37 faiz artıb. İranda ən çox Telegram sosial şəbəkəsindən istifadə olunur, bir çoxları İnstagram və Telegram şəbəkələrindən sui-istifadə edərək, qanuna zidd hərəkətlərə yol verir”.
Samir