8 Mart 2017 00:44
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Türkiyə və ABŞ baş qərargah rəhbərləri Antalyada üçtərəfli görüş zamanı Suriya və İraqda regional təhlükəsizliyi müzakirə ediblər.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki: "Martın 7-si Türkiyənin Antalya şəhərində üştərəfli görüş baş tutub. Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı H. Axar, Rusiya Silahlı Qüvvələrinin baş qərargahının rəisi ordu generalı V.V. Gerasimov və ABŞ Silahlı Qüvvələri qərargah rəisləri Komitəsinin sədri general D. Danford iştirak ediblər. Görüş zamanı Suriya və İraqda regional təhlükəsizlik məsələləri üzrə fikir mübadiləsi aparılıb".

Qeyd olunur ki, bütün tərəflər insidentlərin qarşısını almaq üçün əməliyyatlar zamanı əlavə tədbirlərin vacibliyini vurğulayıblar.


Müəllif:

Oxşar xəbərlər