Ukraynanın Luqansk vilayətində separatçı qüvvələrin “Plastun” ləqəbli komandiri məhv edilib.
“Ukrinform” agentliyi xəbər verir ki, Ukraynanın işğal olunmuş əraziləri ilə bağlı məsələlər üzrə nazir müavini Georgi Tuka məlumatı təsdiqləyib.
Məlumata görə, öldürülən şəxs Ukraynanın qondarma “Luqansk Xalq Respublikası” separatçı regionu ərazisində silahlı dəstəyə rəhbərlik edib. Onun 2014-cü ildə Luqans vilayətinin Xryaşevatoye qəsəbəsində yaralandığı bildirilir.
“Plastun”un ölümünü sosial şəbəkələrdə digər separatçılar da təsdiqləyib.
Qətlin təfərrüatları açıqlanmır.
/APA/