ABŞ prezidenti Donald Trampın Rusiyanın bu ölkədəki səfiri Sergey Kislyakla 2016-cı ildə görüşdüyü iddia edilib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı The Wall Street Journal qəzeti məlumat yayıb. Nəşrin iddialarına görə, görüş 2016-cı ilin aprelin 27-də baş tutub.
Ağ Evin mətbuat katibi Sara Sandres məsələyə münasibət bildirib. Onun sözlərinə görə, bu informasiya yalan və əsassızdır: "Tramp seçki kampaniyası vaxtı heç bir rus məmuru ilə görüşməyib. O bunun məsuliyyətini anlayır".
Qeyd edək ki, bu günə qədər ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn, baş prokuror Ceff Seşns, prezidentin sabiq müşaviri Karter Peyc və Tramp komandasında əsas isimlərdən olan Ceyson Qrinblatın adı Rusiya ilə əlaqəli şəxslər sırasına daxil edilib.
Samir