8 Mart 2017 17:28
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabildə hərbi hospitalın binası qarşısında partlayış olub.

Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində azı 30 nəfər ölüb.

Tibb müəssisəsi ABŞ-ın Kabildəki səfirliyinin yaxınlığında yerləşir.

Əfqanıstan təhlükəsizlik qüvvələri saatlarla davam edən atışmadan sonra Kabildə hərbi hospitala hücum edən silahlıların hamısını məhv edib.

Hospitala 5 silahlı hücum edib. Silahlılardan biri üzərindəki partlayıcı qurğunu işə salaraq hospitalın girişində partlayış törədib. Digər 4 silahlı həkim xələtində hospitala daxil olub.

Əfqanıstan Daxili İşlər Nazirliyi artıq əməliyyatın tam başa çatdığını, hospitaldakı silahlıların hamısının öldürüldüyünü açıqlayıb.

Hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb.

Digər təfərrüatlar barədə məlumat verilmir.


Müəllif:

Oxşar xəbərlər