“Vaşinqton Rəcəb Tayyib Ərdoğanın PYD terror təşkilatı ilə bağlı səsləndirdiyi fikirlərin nə qədər ciddi olduğunu anlamır”.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu sözləri ABŞ Silahlı Qüvvələr komandanı, Respublikaçı senator Con Makkeyn deyib.
Makkeyn Türkiyənin qırmızı xəttlərinə həssaslıq göstərilməsini tələb edib. O, PKK-nın Suriya uzantıları olan YPG və PYD-yə dəstək verilməsini Türkiyə ilə əlaqələrə mənfi təsir göstərəcəyini deyib.
Fevralın 20-də Ərdoğanla Ankara görüşünü də xatırladan Makkeyn onun ABŞ-ın PYD və PKK-ya verdiyi dəstəkdən son dərəcə narahat olduğunu diqqətə çatdırıb. Komandan Türkiyəni itirmə riski ilə qarşı-qarşıya olduqlarını bildirib.
Samir