Cənubi Koreyanın Konstitusiya Məhkəməsi prezidenti Pak Kın Xenin impiçmentini təsdiq edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Konstitusiya Məhkəməsinin 8 hakiminin hamısı qərarın lehinə səs verib.
Qərara əsasən, 60 gün müddətində ölkədə növbədənkənar prezident seçkiləri keçirilməlidir.
Prezidentin impiçmentinin təsdiqindən sonra Cənubi Koreyada Xen tərəfdarları ilə əleyhidarları arasında toqquşmalar baş verib. Toqquşmalar zamanı 2 nəfər həyatını itirib. Çox sayda insanın saxlanıldığı bildirilib.
Qeyd edək ki, Cənubi Koreya hökuməti ötən ilin dekabrın 9-da iri korrupsiya qalmaqalında adı hallanan Xenə impiçment elan edib.
Samir