Xəbər verdiyimiz kimi, Türkiyənin İstanbul şəhərində "Sikorsky S-76" tipli helikopter qəzaya uğrayıb.
Qəza zamanı vertolyotda 7 nəfər olub. Onlardan 5-i həlak olub, 2 nəfər yaralanıb.
Məlumatlara görə, ölən 5 nəfərdən, 1-i türkiyəli pilot, 4-ü isə Rusiya vətəndaşıdır. Helikopter "Eczacıbaşı" holdinqinə məxsus olub: "Helikopter "Eczacıbaşı" holdinqinə məxsus olub. Qəza zamanı Rusiya vətəndaşları Aleksandr Vanin, İqor Koçerqin, Ludmina Çurova və Yelena Badraqa həlak olub. Onlar "Eczacıbaşı" şirkəti ilə danışıqları üçün İstanbula gəlmişdilər".
Saat 12:35
Türkiyənin İstanbul şəhərində helikopter qəzaya uğrayıb.
Teleqraf.com "CNN Türk"ə istinadla xəbər verir ki, hadisə şəhərin Büyükçekmece bölgəsində baş verib. Yanğınsöndürən helikopter bölgədəki televiziya qülləsinə çrpılıb. Hadisəyə texniki nasazlığın səbəb olduğu iddia edilir.
Hadisə nəticəsində helikopterdə güclü yanğın baş verib. Dərhal qəza yerinə çox sayda təcili tibbi yardım əməkdaşları cəlb edilib. Hadisə zamanı Sikorsky S-76 helikopterindən 7 nəfərin olduğu deyilir.
Samir