10 Mart 2017 15:32
520
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanda Amerika Ticarət Palatasının ( AmCham ) və Vergilər Nazirliyinin birgə təşkil etdiyi "Şəffaflığa doğru birlikdə" mövzusunda vergi konfransında auditor şirkətlərlə Vergilər Nazirliyi arasında əməkdaşlığın gücləndirilməsi məqsədilə memorandum imzalanıb.


Teleqraf.com xəbər verir ki, əməkdaşlıq memorandumuna Vergilər Nazirliyi, Auditorlar Palatası, “Deloitte & Touche”,”EY Azərbaycan”, “PwC Azərbaycan”, “KPMG Azərbaycan” imza atıb.

Vergilər nazirinin müavini Sahib Ələkbərov bu memorandumun özəl və dövlət sektorunun birgə fəaliyyətində səmərə verəcəyini qeyd edib: "Bu il Vergilər Məcəlləsində olduqca ciddi dəyişiklik baş verdi. Son dəyişikliklər vergi qanunvericiliyində əks olmayan məsələlərlə əlaqədardır. Ancaq bu gün keçirdiyimiz konfransdakı çıxışlar zamanı bəlli oldu ki, heç də hər şey hamıya aydın deyil. Yerlərdə görüş zamanı da bunun şahidi olduq. Azərbaycan iqtisadiyyatının qarşısında duran vacib məsələlərdən biri şəffaflıqdır. Konfransın adından da göründüyü kimi, biz şəffaflığa birlikdə gedirik. Bəzən mediada bəzi ekspertlər rəylərində cılız hisslərlə adi məsələni qabardaraq böyük problemə çevirirlər. Ancaq iqtisadiyyatın qarşısında daha başqa problemlər var. Biz öhdəmizə düşən vəzifələri birgə və layiqincə həll etməliyik".

Nərgiz


Müəllif:

Oxşar xəbərlər