10 Mart 2017 19:53
542
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türk axını" layihəsinin həyata keçirilməsi Türkiyəyə qaz ixracının həcmini artıracaq və bu ölkənin tranzit potensialını yüksəldəcək".

APA-nın Moskva müxbirinin xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin Rusiya-Türkiyə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının Moskvada keçirilən iclasında deyib.

O ötən ay "Türk axını" qaz kəmərinin tikintisi layihəsi ilə bağlı hökumətlərarası müqavilənin qüvvəyə mindiyini söyləyib: "Bu layihənin praktiki olaraq reallaşdırılması Türkiyəyə ixrac olunan təbii qazın həcmini artırmağa imkan verəcək, Türkiyənin tranzit potensialını yüksəldəcək".

Rusiya prezidenti iki ölkə arasında enerji sahəsindəki əməkdaşlığı "əsl strateji əməkdaşlıq" adlandırıb. O, Türkiyənin Rusiyadan qaz tədarük edən ölkələr arasında ikinci yerdə olduğunu vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər