ABŞ-ın Mərkəzi Hərbi Komandanlığı (CENTCOM) general Cozef Votel Senatın hərbi məsələlər üzrə komitəsində çıxış edib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, general çıxışı zamanı İranın region ölkələrinə qarşı təhdidindən və onun bölgənin sabitliyini pozmağa yönələn cəhdindən danışıb.
Votelin sözlərinə görə, ABŞ-ın Mərkəz Komandanlığı son 12 ayda bölgənin bir çox yerlərində, o cümlədən də İraqda, Suriyada, Yəməndə, Misirdə, Sinayda və Babülməndəb boğazında mühüm problemlərlə üz-üzə qalıb: “Biz, həm də İranın və ona bağlı qruplaşmaların regiondakı mənfi fəaliyyəti ilə üz-üzə qalmışıq. Şəxsən hesab edirəm ki, İran bölgənin sabitliyinə qarşı ən böyük təhdiddir.
İran Suriya hökumətini qorumaq yolu ilə bu ölkənin şiələrindən öz hədəfləri uğrunda faydalanmağa çalışır. İran həmçinin, regionun sabitliyini pozmaq yolu ilə bölgədə hegemonluğu ələ almağa cəhd göstərir. Bu isə yolverilməzdir”.
Samir