11 Mart 2017 08:53
450
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin Yəmənə endirdiyi aviazərbələr nəticəsində ən azı 16 dinc sakin ölüb, daha 10 nəfər yaralanıb.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli hakimiyyət dairələrinə istinadən "Sinxua" məlumat yayıb.

"Ümumilikdə 16 nəfər ölüb və daha 10 nəfər yaralanıb. Onların hamısı mülki vətəndaşlardır", - deyə agentlik Hodeyda şəhər xəstəxanası nümayəndəsinin sözlərini sitat gətirib.
Təhlükəsizlik orqanlarının məlumatına görə, ölənlər yerli bazarın satıcıları və müştəriləridir. Aviazərbələr nəticəsində bir çox mağazalar yanıb.


Müəllif:

Oxşar xəbərlər