Moskvanın "Arlekino" kinoteatrında partlayıcı qurğu barədə məlumatdan sonra 700-ə yaxın insan təxliyə edilib.
Trend-in məlumatına görə, bu barədə "İnterfax"a hüquq-mühafizə orqanlarındakı mənbə xəbər verib.
Mənbənin sözlərinə görə, partlayıcı qurğunun qoyulması barədə anonim məlumatdan sonra kinoteatrda təxliyə başlayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib, mütəxəssislərin gəlməsi gözlənilir.