12 Mart 2017 08:04
429
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresi bazar ertəsinədək Ağ evdən Nyu-Yorkda Trampın rezidensiyasının xüsusi xidmət orqanları tərəfindən dinlənilməsini təsdiqləyən sənədlər gözləyir.

Teleqraf.com Azərtac-a istinadən xəbər verir ki, CNN telekanalının məlumatına görə, Ağ evin bu sənədləri təqdim edib-etməyəcəyi, əgər bu baş verməsə, nə olacağı hələlik məlum deyil.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ötən həftə Twitterdəki mikrobloqunda Barak Obamanın seçkilər ərəfəsində onun danışıqlarının dinlənilməsinin təşkil olunması barədə göstəriş verdiyini yazmışdı. Bundan sonra Ağ ev Trampın dinləmə ilə bağlı vəziyyətin təhqiq olunması xahişi ilə Konqresə müraciət etdiyini bildirmişdi.


Müəllif:

Oxşar xəbərlər