"Niderland nə etsə, Türkiyə onun on qatını edəcək".
Teleqraf.com türk mediasına istinadən xəbər verir ki, bu sözləri Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Onun sözlərinə görə, Niderland siyasətçilərinin hərəkətləri insafsızlıqdır: "Niderland türk nazirlərin ölkəyə girişinə qadağa qoymaq qərarına görə cavab verəcək. Biz heç nədən çəkinmirik. Niderland siyasətçilərinin hərəkətləri insanlıqdan kənar addımdır".
Çavuşoğlu qeyd edib ki, Niderland hökumətinin Türkiyə xarici işlər nazirinə ölkəyə girişinin rədd edilməsi qərarı qətiyyən qəbuledilməzdir: "Lakin, Niderland hökumətinin Türkiyənin ailə və sosial siyasət nazirinin Roterdamda baş konsulluğa buraxılmaması utancvericidir. Anakara hər dəfə Avropaya bu rüsvayçılığı xatırladacaq".