12 Mart 2017 11:43
476
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin ailə işləri və sosial siyasət naziri Fatma Betül Sayan Kaya Almaniyanın Köln-Bonn hava limanından İstanbula yola düşüb.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, nazir xüsusi təyyarə reysi ilə Türkiyəyə qayıdır.

Xatırladaq ki, Hollandiya hökuməti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun təyyarəsinin eniş icazəsini ləğv etdikdən sonra Fatma Betül Sayan Kaya avtomobillə Almaniyadan Rotterdama gəlmişdi.

Nazir onu gözləyən insanlarla görüşmək üçün konsulluğa getməyi planlaşdırırdı. Lakin polis diplomatik missiyaya gedən bütün keçidləri və yolları bağlayaraq ona mane olmuşdu.


Müəllif:

Oxşar xəbərlər