12 Mart 2017 13:54
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Birliyi Türkiyə-Avropa proqramına ayrılan maliyyəni ixtisar edib.

Axar.az xəbər verir ki, bu sözləri Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han deyib. Onun sözlərinə görə, buna səbəb tərəflər arasındakı münasibətlərdə nəzərəçarpacaq hər hansı dəyişikliyin olmamasıdır:

“Məsələn, biz hüquqi dövlət quruculuğu hissəsində ayrı-ayrı proqramları artıq dayandırmışıq”.

Komissar xatırladıb ki, AB hələlik 2020-ci ilə qədər Türkiyəyə verilməsi nəzərdə tutulan 4,45 milyardın yalnız 167,3 milyonunu ödəyib.

Yohannes Han qeyd edib ki, Avropa Birliyi Türkiyənin maliyyələşdirməsini tamamilə dayandıra bilməz, bunun üçün danışıqlar de-fakto sonlandırılmalıdır. Eyni zamanda, o, vurğulayıb ki, Türkiyə Avropa Birliyinin mühüm strateji tərəfdaşı olaraq qalır.


Müəllif:

Oxşar xəbərlər