Hollandiyanın Türkiyənin Ailə və Sosial Siyasət naziri Fatma Qaya və türk vətəndaşlarına qarşı sərt mövqeyi narazılıqlara səbəb olub.
Axar.az xəbər verir ki, diplomatik gərginlikdən dərhal sonra türk haker qrupları Hollandiya rəsmi saytlarını dağıdıb.
Hakerlərin hücumundan sonra bir çox dövlət saytları saatlarla bağlı qalıb. Bundan başqa “Government.nl” adlı dövlət saytındakı minlə məlumat çıxarılaraq yayılıb.
Türkiyəli haker qrupları dağıtdıqları saytlara məşhur “Ölürüm Türkiyə” mahnısını yerləşdiriblər.