Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ Hollandiya və Almaniya ilə yaşanan gərginliyə münasibət bildirib.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, o, bu addımların beynəlxalq hüquqa zidd olduğunu deyib:
“Türkiyə beynəlxalq hüquq çərçivəsində bütün haqlarını qoruyacaq və sona qədər mübarizəni davam etdirəcək. Heç kəs türk xalqının və Türkiyə dövlətinin şərəfi ilə oynaya bilməz. Buna icazə verməyəcəyik”.
Qeyd edək ki, Niderland hakimiyyəti Türkiyənin XİN rəhbərinin təyyarəsini bu ölkəyə buraxmayıb. Xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə konstitusiyasına dəyişikliklərlə bağlı referendum ilə əlaqədar təşviqat kampaniyası çərçivəsində Rotterdamda keçirilən mitinqdə iştirak etmək üçün Niderlandı ziyarət edə bilməyib.
Samir