ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkelin görüşü təxirə salınıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ağ evin mətbuat katibliyi məlumat yayıb.
Görüşün təxirə salınmasına səbəb kimi, əlverişsiz hava şəraitinin olması göstərilir.
Qeyd edək ki, sabah Vaşinqtonda ABŞ prezidenti Donald Trampla Almaniya kansleri Angela Merkelin görüşü nəzərdə tutulmuşdu. Vaşinqtonda qar fırtınası gözlənildiyindən, görüş həftənin 5-ci günü keçiriləcək.